Rusiya Rabitə və KİV Nazirliyi radiotezliklərdən istifadə ilə bağlı qiymətlərin qaldırılması haqqında əmr layihəsinin ictimai müzakirəsini yekunlaşdırmışdır. Sənədə əsasən mobil rabitə radiotexnologiyaları üçün illik ödənişin məbləği 330 min rubl, digər texnologiyalar üçün 1,75 min rubl olacaqdır. Bundan başqa mobil rabitə radiotexnologiyaları üçün birdəfəlik ödənişin məbləği 87,5 min rubl, digər texnologiyalar üçün isə 375 rubl olacaqdır. Yeni tariflər 31 dekabr 2020-ci ilinə qədər qüvvədə olacaqdır.

Rusiya maliyyə nazirliyinin hesablamalarına görə qiymət məzənnəsinin qaldırılması bu ölkənin büdcəsinə əlavə 5 milyard rubl gəlir gətirəcəkdir. Başqa sözlə radiotezliklər hesabına büdcə daxilolmalarının həcmi artacaqdır. Əmrin 2018-ci ilin birinci rübündə qüvvəyə minəcəyi gözlənilir. Materialda həmçinin bildirilir ki, qiymət məzənnəsinin artırılması büdcə haqqında qanunda öz əksini tapmış göstəricilərə uyğun həyata keçirilmişdir.

Meqafon operatorunun məlumatına əsasən Rabitə və KİV Nazirliyi rabitə radiotexnologiyaları üçün qiymət məzənnəsini ilk öncə 14%, digər texnologiyalar üçün isə 100% qaldırmağı planlaşdırırdı. Operatorun hesablamalarına görə qiymət məzənnəsinin artımı radiotezlik spektrindən istifadə edən bütün istifadəçilərin ümumilikdə 5 milyard dollar əlavə xərci ilə nəticələnəcəkdir. Bununda 3,5-4 milyard rublu 3 əsas mobil operatorun payına düşəcəkdir.

CAVAB YAZIN

Zəhmət Olmasa Rəyinizi Daxil Edin!
Please enter your name here