2017-ci ildə Salesforce.com müştərilərlə qarşılıqlı münasibətlərin idarəedilməsi(CRM) bazarında Oracle, SAP və Microsoft kimi onu təqib edən şirkətlərin birlikdə götürdükdə, cəm şəklində qazandıqlarından daha çox qazanmışdır. Bu haqda İDC-nin analitik araşdırmasında məlumat verilir.

Analitiklərin hesablamalarına görə 2017-ci ildə Salesforce satış nöqteyi nəzərindən dünya CRM bazarının 19,6%-nə yaxınını tutmuşdur. 2016-cı ildə bu göstərici 18,1% olmuşdur. “Oracle”ın payı 7,1% təşkil edir. Bu üçlüyü tamamlayan liderlərdən biri olan SAP şirkəti 6,5%-lik satışı öz aktivinə yazdırmışdır. Microsoftun bazarda iştirak göstəricisi 4%-ə çatmışdır. “Adobe”in payı isə 3,2% olmuşdur.

Qrafikdən goründüyü kimi, “SAP”dan başqa CRM həllərinin bütün nəhəng iştirakçıları bazarda öz mövqelərini möhkəmləndirmişdir.

Məruzədə bildirilir ki, Salesforce ardıcıl olaraq beş ildir ki, müştəri məlumatlarının idarəedilməsi üçün proqram təminatının idarəedilməsi üzrə birinciliyi qoruyub saxlayır. 2017-ci ildə Salesforce bazardakı digər 20 CRM vendorlarından fərqli olaraq daha çox, güclü inkişaf etmişdir. Bundan başqa analitiklər “Salesforce”ə satış, marketinq və müştərilərə xidmətin təşkili üçün əlavələrin(apps.) realizə edilmənin satışına görə birinci yeri vermişlər.

Qeyd edim ki, digər analitik agentlik Gartner “Proqram Təminatı Bazarı”nın ən nəhəng seqmentinin CRM olduğunu bildirmiş və hesabatında 2017-ci ildə bu seqmentin bazar dəyərinin 39,5 milyard dollar olduğunu bildirmişdir.