25 fevral 2018-ci il tarixində Samsung şirkəti yeni Galaxy S9 və S9+ flaqman smartfonlarını rəsmi təqdim etmişdir. Kənardan görünüşü və həmçinin bir çox aparat xüsusiyyətlərinə görə yeni smartfonların öz sələfinə çox oxşamasına baxmayaraq istehsalçı əsas gücü smartfonun foto imkanlarına vermişdir.

Smartfonun ekranının xarakteristikası Galaxy S8 və S8+ ilə müqayisədə heç bir dəyişikliyə məruz qalmamışdır: S9 ekranının ölçüsü 5,8 düymə(inch), S9+ ekranının ölçüsü isə 6,2 düymədir(6,2 inch). Displeyin ölçüsü 2960X1440, tərəflərin nisbəti isə 18,5:9-dur.

Galaxy S9 və Galaxy S9+ smartfonlarının əsas kamerasının ölçüsü 12 meqapikseldir. O ləngiyən videoçarxları yazmağa qadirdir(rejim Super Slow-mo, 960k/s, 720p) və təsvirin optik stabiilləşməsinə malikdir. Dinamik diafraqma sayəsində(f1.5/f2.4) kamera işıqlanma səviyyəsinə avtomatik adaptasiya oluna bilir.

Galaxy S9+ smartfonunda teleobyektivi olan(f2.4) daha ikinci 12 meqapikselli moduldan və optik stabilləşmə modulundan istifadə edilir. Bu kamera birinci kamera ilə əlaqəli işləyərək ikiqat zumu təmin edir.

Samsung Apple-in Animoji analogiyası olan selfiemoji texnologiyasını nümayiş etdirib. Onun sayəsində real insanlara oxşayan AR emoji yaratmaq olur və sonda videoməlumat kimi göndərmək olur.

Hər iki aparat səkkiz nüvəli Exynos 9810 prosessoru ilə təchiz edilsədə, bəzi bazarlar üçün isə Qualcomm Snapdragon 845 çipləri ilə təchiz edilmişdir. Yeni smartfonların balaca versiyasının operativ yaddaşı 4 Gbayt(GB) olsada böyük versiyasınınkı 6 Gbaytdır. Geydirilmiş(taxılmış) fləş toplayıcının tutumu 64, 128, 256 Gbayt(GB) təşkil edir.

Akkumulyatorun tutumu Samsung Galaxy S8 və S8+ ilə müqayisədə dəyişilməz olaraq qalır və uyğun olaraq 3000 və 3500 mAs(milliAmpersaat) təşkil edir. Simsiz yükləmə funksiyasıda qalır.

Hər iki model 400Gbayt həcmli yaddaş kartı “slot”una, USB Type-C portuna, 3,5 mm-lik audio qoşulmaya məxsusdur. Bundan başqa AKG stereodinamiki, sudan və İP 68 səviyyəli tozdan qorunma və Android 8.0 Oreo əməliyyat sistemindən ibarətdir.

Bu modellərin Azərbaycanda nə vaxtdan satışa çıxarılacağı haqqında məlumat verilmir.