2018-ci ilin aprel ayında Çinin yollarında avtomobildən səs siqnalı verməyin tanınması, müəyyənləşdirilməsi üçün kütləvi şəkildə akustik kameraların quraşdırılması məlum olmuşdur.

Xəbər nəşrinin verdiyi məlumatda hələ 2017-ci ilin sonunda Çinin yol hərəkəti idarəsi(Beijing Traffic Management Bureau) ümumşəhər nəqliyyat axınında siqnal verən avtomobil sahibinin tanınması üçün akustik kameraların pilot məqsədilə sınaqdan keçirildiyini bildirmişdir. Pilot layihə uğurla sınaqdan keçdikdən sonra paytaxt Pekində 20 belə qurğunun quraşdırıldığı bildirilir. 2018-ci ilin aprelində belə avadanlıq Şenjen də daxil olmaqla 40 şəhərdə quraşdırılmışdır.

Pekində məktəb və xəstəxanaların yaxınlığında quraşdırılan akustik kameralar HD formatında video yazını aparan 32 mikrofondan ibarət massiv və təsvir sensoru(datçik) ilə təchiz edilmişdir. Siqnal verən avtomobilin tanınmasından sonra kamera nəqliyyat vasitəsinin qaydanı pozmasını göstərən 2 saniyəlik videoçarxı yaddaşa yazır. Eyni zamanda maşının nömrəsinin fotofiksasiyası aparılır. Sistem tərəfindən klakson(klaxon-siqnal) siqnalının identifikasiyasının(müəyyənləşdirilmə) dəqiqliyi 92-95% aralığında dəyişir.

Sonradan bu materallar polisə daxil olur və avtomobilin siqnalından əsaslandırılmamış səbəb üzündən istifadə edildiyi təsdiqini tapdığı təqdirdə sürücünün cərimə edilməsi haqqında qərar çıxardılır. Bu qanun pozuntusuna görə Çin qanunvericiliyinə uyğun cərimə 16 dollar nəzərdə tutulur.

Qeyd edim ki, Çində 2017-ci ildə qeydiyyatdan keçmiş avomobillərin ümumi sayı 200 milyon ədədə çatmışdır. Motosikletlər də daxil olmaqla qeydiyyatdan keçmiş nəqliyyat vasitələri sahiblərinin sayı 364 milyon nəfər təşkil edir. 

Avtomobillərin sayının artması Çin hökumətində ölkənin ekoloji durumunun pisləşməsinə qarşı lazımi addımlar atmağı zəruri edir. Atmosferə atılan zəhərli maddələrdən əlavə ekoloji mühütün avtomobillərin daima siqnal verməsi üzündən səs-küylə çirkəndiyi bildirilir. Pekin dünyada səs-küylü şəhərlər siyahısında 6-cı yerdə durur.

Hesab edirəm ki, Bakıda bəzi sürücülərin lazım oldu- olmadı yersiz siqnal verməsinin qarşısını almaq üçün Çindəki anoloji sistemin quraşdırılması hesab edirəm son dərəcə lazımdır.