Yaponiyanın bu ölkədə ən tanınmış telekom operatoru Softbank5G”-nin ana şəbəkəsinin qurulması məqsədilə 4.5GHs tezlik zolağında sınaq məqsədilə Çinin ZTE şirkətinin baza stansiyalarından istifadə etməyə başlamışdır.

Softbank və ZTE 5G-nin sınaqları məqsədilə paytaxt Tokyonun Shiba-Daimon ərazisini poliqon olaraq seçmişlər.

ZTE Çinin aparıcı telekom avadanlığı istehsalçısı kimi hələ ötən il Softbankı “Massive MİMO” avadanlıqları ilə təchiz edərək 5G-nin istismarına hazır vəziyyətə gətirmişdir. Softbank 2020-ci ildən 5G-nin kommersiya məqsədilə istifadəsinə başlayacaqdır.

Artıq bütün dünya telekom operatorları gələn il Ümumdünya Radiorabitə Konfransının 5G tezliyilə bağlı yekun qərarını səbirsizliklə gözləyir. Odur ki, Softbank operatoru da bu qərardan asılı olaraq 5G şəbəkəsini 2020-dən başlayaraq yapon müştərilərinin istifadəsinə verəcəkdir.

CAVAB YAZIN

Zəhmət Olmasa Rəyinizi Daxil Edin!
Please enter your name here