Amerikalı milyarder İlon Maskın əsasını qoyduğu SpaceX şirkəti SES-12 telekommunikasiya peykini bu gecə orbitə qaldırmışdır. Şirkətin Falcon-9 raketi kosmik fəzaya Florida ştatının Kanaveral kosmodromundan buraxılmışdır. Bu raketin köhnə Block 4 sürətləndiricisi yenilənmiş Block 5 sürətləndiricisi ilə əvəzlənmişdir.

Peykin əsas missiyası Asiya sakit okean hövzəsi ölkələri və həmçinin Yaxın şərq ölkələrinə HD formatında yayım verməkdir.