2018-ci ilin avqustun sonunda İnternational Data Corporation(İDC) analitik şirkəti şəbəkələrin istifadəsi üçün istifadə edilən hesablama həlləri və yaddaş qurğuları sistemləri ilə bağlı qlobal telekommunikasiya infrastrukturu bazarının araşdırılmasının bəzi nəticələrini təqdim etmişdir.

2017-ci ildə operatorların belə məhsullara olan qlobal xərci 10,81 milyard dollar təşkil etmişdir. Növbəti illərdə bu bazarın həcmi təxminən 6,2% artacaqdır və 2022-ci ilə qədər 16,35 milyard dollara çatacaqdır. Təqdiqatçılar bu artımı telekom şirkətlərinin öz infrastrukturunu aktiv inkişaf etdirmələri ilə bağlı olduğunu proqnozlaşdırırlar.

Onların sözlərinə görə rabitə operatorları Open Source layihələrindən istifadə etməklə proqram təminatının müstəqil işlənib hazırlanmasına köklənməklə ictimai bulud xidmətləri servislərinin çatdırılmasını dəyişirlər. Bundan başqa operatorlar öz data mərkəzlərini proqram-idarəedilməsi(SDN) modelinə keçmələri üçün sistem inteqratorları ilə əməkdaşlıq edir və sahələrarası infrastruktur konsorsiumlarında iştirak edirlər. Bundan başqa nəinki əlavələrin(application) virtuallaşmış infrastrukturuna eyni zamanda şəbəkə funksiyalarının virtuallaşmasını(NFV) ön plana çəkirlər.

Telekommunikasiya şirkətləri müasir və yeni telekommunikasiyanı, həmçinin virtual maşınlarda qarşılıqlı əvəzetməklə işləyə bilən biznes əlavələri dəstəkləməklə vahid infrastruktur platformaya keçirlər. Operatorlar özləri üçün hesablama resursları, yaddaş və şəbəkə resursları tələbatının olduğu çevik və miqyaslana bilən model açmışlar.