Telia şirkəti Azərbaycanın ən böyük operatoru “Azərcell”dəki səhmlərin nəzarət paketini satmışdır. Səhmlərin alıcısı kimi “Telia”ya bu aktivlərinə 222 milyon avro ödəyən AzinTelecom dövlət operatoru olmuşdur. Azintelecom “Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi”nin(BƏHM) bazasında 2015-ci ildə yaradılmış və əsasən beynəlxalq səs trafikinin mübadiləsi, uzaq məsafəyə rabitə(long-distance operator) xidmətləri göstərən dövlət  operatorudur. Son vaxtlar həmçinin data mərkəz provayderi kimi xidmətlər göstərməyə başlamışdır.

Azərcellin yeganə səhmdarı Azərtel şirkətidir. Onun Fintur holdinqə məxsus 51,3% səhmi satılmışdır. Telia Finturun 58,55% səhminə sahibdir. Yerdə qalan 41,45% səhmi Türkiyənin Türkcell(Telia onun ən böyük səhmdarlarının siyahısına daxildir) operatoruna məxsusdur.

Öncədən vurğuladığımız kimi sövdələşmənin məbləği 222 milyon avro təşkil edir. Bu bütövlükdə Azərcellin ümumi dəyəri, qiymətləndirilməsi olan 432 milyon avroya cavab verir. Bu göstəricinin “EBİTDA”ya nisbəti 2,1-dir.

Qeyd edim ki, Teliasonera Avrasiya makroregionunda biznesini satmaq qərarına gəlmişdir. Hal-hazırda Telia Azərbaycandan başqa Gürcüstan, Tacikistan və Nepaldakı törəmə şirkətlərini satmışdır. Azercell 2008-ci ildə özəlləşdirilmişdir. Şirkət Azərbaycan hökumətinin 180 milyon dollarlıq payını alaraq mobil operatorun yeganə səhmdarına çevrilmişdir.

Fintur Türkiyənin Türkcell və Finlandiyanın Sonera şirkətləri arasında bölünmüşdür. 2000-ci illərin əvvəlində Sonera və Telia Teliasonera adı altında birləşərək Fintur üzərində nəzarəti ələ keçirmişlər.

Qeyd edim ki, Azercell 1996-cı ildən Azərbaycanda fəaliyyətə başlamışdır.