2018-ci ilin may ayının sonunda avtopilot rejimində hərəkət edən Tesla elektromobilinin iştirakı ilə növbəti qəza baş vermişdir. Bu dəfə polis maşını ilə toqquşma baş vermişdir.

Assosiated Press agentliyi polisə istinadən xəbər verir ki, Tesla Model sedanı yolun kənarında parklanan polis avtomobilinə çırpılmışdır. Bu insident 29 may 2018-ci il tarixində Laquna Biç şəhərində baş vermişdir( Cənubi Kaliforniya, ABŞ).

Yol nəqliyyat hadisəsi nəticəsində elektrokarın sürücüsü yüngül xəsarət almışdır. Polislər toqquşma baş verən an maşında olmadığlarından onlar zədə almamışlar. Nəqliyyat vasitələri isə güclü deformasiyaya uğramışdır. Polis avtomobilini yolun kənarına(trotuara) tullayaraq iki təkəri üstündə qalmışdır.

Zərbə polis maşınının sol tərəfini tutmuşdur. Tesla elektromobilinin avtomatik idarəetmə rejimində hərəkət etdiyi bildirilir.

Teslanın istehsalı olan maşınlarda avtopilot rejimi 2018-ci ildə daha çox tənqidə məruz qalır. Avtomobildəki avadanlıqlar üzündən ölümlə nəticələnən qəzalar baş verir. Teslada deyirlər ki, maşında istifadə edilən texnologiya insanın iştirakı olmadan işləməsi üçün nəzərdə tutulmamışdır. O elektron köməkçidir(assistendir) və o maşının kursunu və ya tormozdan istifadəni korreksiya(düzəliş) edə bilər, amma sürücü istənilən halda əlini sükanda saxlamalı və lazım olduğu anda idarəetməni öz üzərinə götürməyə hazır olmalıdır.

Qeyd edim ki, 11 may 2018-ci il tarixində Solt Leyk Siti şəhərində analoji qəza baş vermişdir. O zaman Tesla Modelindən olan elektrokar avtopilot rejimində idarəetmədə olduğu zaman yolun kənarında parklanmış vəziyyətdə, yolda dayanan yanğınsöndürmə maşınına yaxınlaşan zaman tormozlama əvəzinə sürət yığaraq(qazlanaraq) ona çırpılmışdır. Qəza Teslanın sükanının arxasında olan qadının ayaqlarının sınması ilə, ciddi xəsarətlə nəticələnmişdir.