Ötən gün dünyanın məşhur taksimotor şirkəti olan “Uber”in 57 milyon müştərisinin şəxsi məlumatların oğurlanması haqqında Blumberq agentliyi məlumatlar vermişdir. Şirkət hakerlərə müəyyən ödənişin qarşılığında onun ictimailəşdirilməməsi haqqında razılığa gəlmişlər.

Bu hadisənin hələ ötən ilin oktyabr ayında baş verdiyi haqqında agentlik məlumat vermişdir. Amma 1 ildən çoxdur ki, Uber bu məlumatı gizli saxlamışdır. Hakerlərin əlinə bütün dünya üzrə 50 milyon sərnişinin mobil nömrəsi və elektron adresi ilə yanaşı 7 milyon taksi sürücüsünun sürücülük vəsiqəsi haqqında məlumatlar keçmişdir.

Sistemin yarılmasından sonra Uber tənzimləyici orqana və sürücülərə məlumat vermək əvəzinə hakerlərə məlumatları gizli saxlamaq üçün 100 min ABŞ dolları vəsait ödəmişdir.

Agentliyin verdiyi məlumata görə baş verən kiberinsidentdən sonra Uber-in informasiya təhlükəsizliyi üzrə dierktoru Co Sallivan(Joe Sullivan) işdən azad olunmuşdur. Hadisə ilə bağlı ABŞ baş prokururluğu araşdırma aparır.

CAVAB YAZIN

Zəhmət Olmasa Rəyinizi Daxil Edin!
Please enter your name here