Ötən gün Qazaxıstan məclisinin plenar iclasında “Uşaqların sağlamlığına və inkişafına zərər yetirən informasiyadan qorunması haqqında” qanun layihəsi qəbul edilmişdir.

Sənəd layihəsini işləyib hazırlayanlardan biri olan, parlamentari, məclis üzv Bekpolat Bleuxan yeni düzəlişlərlə qəbul edilən qanun layihəsinin uşaqların informasiya təhlükəsizliyinə yönəlik beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsipləri və həmçinin uşaq hüquqları ilə bağlı BMT konvensiyasının Qazaxıstanda ratifikasiyasında əks olunmuş prinsiplərə söykənərək işlənib hazırlandığını bildirmişdir.

Deputat mövcud qanun layihəsinin qəbul edilməsinin aktuallığını yeni informasiya texnologiyalarının intensiv inkişafı şəraitində uşaqların neqativ informasiyaların təsirinə məruz qalmasının yüksək olması ilə izah etmişdir.

Sənədin işlənib hazırlanmasına səbəb KİV-də, internetdə, elektron və digər audiovizual məlumat və materiallarda yayılan informasiyaların uşaqlarda çox zaman psixoloji travmaların təsiri ilə nəticələnir ki, bu da sonda uşağın aqressiv, sərt və cəmiyyət əleyhinə yönəlik davranışına gətirib çıxarır.

Qanun layihəsində uşaqlar üçün informasiya məhsullarının 6 kateqoriyası nəzərdə tutulmuş və bunlarda – 6 yaşa qədər, 6 yaşdan yuxarı, 12, 14 və 16 yaş kateqoriyalarına ayrılmışdır. Bundan başqa qanun layihəsində informasiya məhsullarının ekspertizasının aparılması mexanizmləri öz əksini tapmışdır.