Ötən gün Wi-Fi Alyansı yeni nəsil Wi-Fi texnologiyasının adının təyin edilməsi ilə bağlı təqdimat keçirmişdir. Artıq bu texnologiyanın yeni 802.11ax standartı işlənib hazırlandığından onun adının təqdimat mərasimində Wi-Fi 6 olduğu qərarına gəlindiyi bildirilmişdir. Təqdimatda iştirak edən Marvel şirkəti də bundan sonra öz məhsullarını Wi-Fi 6 brendi, ticarət markası ilə satışa çıxaracağını bildirmişdir.

Yeni adın seçilməsi həm istehsalçılar və həm də istifadəçilər üçün daha rahat olacağı bildirilir. Belə ki, artıq avadanlıqların üstündə bazara satışa çıxarılanda 802.11ax deyil 6 yazılması bunun daha yeni modifikasiya olunması anlamına gələcəkdir.

Bu yeni qəbul edilmiş terminologiya Wi-Fi ekosistemini kökündən dəyişəcəkdir. “Wi-Fi 6 Certifed” sertifikatlaşmasının gələn il bazara çıxacağı gözlənilir. Bu sahədə dünyada məşhur istehsalçılardan biri sayılan Marvel gələn ildən artıq 802.11ax məhsullarını Wi-Fi 6 brendi altında bazara çıxaracaqdır. Təqdimatda bu son texnologiyanın datanın “upload” və “download” xarakteristikasını tamamilə dəyişəcək və onun dayanaqlığını artıracaqdır. Bu isə iş yerlərində, evdə və avtomobillərdə istifadə edənlər üçün xüsusilə əhəmiyyətlidir.

Qeyd edim ki, yeni Wi-Fi 6 sistemləri “upload” və “download” üçün MU-MIMO və OFDMA texnologiyasına tam dəstək verir.