Qazaxıstan Azərbaycan və Xəzər dənizindən keçməklə Çin və Avropa İttifaqını birləşdirəcək fiber-optik(optik- lifli) rabitə xətti çəkəcəkdir. Bu haqda qonşu dövlət, Qazaxıstan prezidenti Nursultan Nazarbayev məlumat vermişdir. Yerli qazax online mətbuat bu məlumatı yaymışdır.

Qeyd edim ki, ötən həftə sonu 5 oktyabr tarixində Qazaxıstan Prezidentinin xalqa illik müraciətində hal-hazırda Çin Xalq Respublikası ilə 50-dən çox iri obyektlərin tikintisi ilə bağlı birgə layihələrin aparıldığını bildirmişdir. O bundan başqa daha bir məsələyə Çin və Avropa arasında fiber-optik rabitə xətti məsələsinə toxunmuşdur. Onun Qazaxıstandan keçərək Aktau şəhərinə qədər çəkiləcəyini bildirmiş və xəttin ən qısa marşrutla Xəzər dənizindən keçməklə Avropanı billəşdirəcəyini vurğulamışdır.

Dövlət başçısı qeyd etmişdir ki, Xəzər dənizinin statusu ilə bağlı konvensiyanı imzalamaqla Xəzər dənizi, Azərbaycandan keçməklə və sonradan Avropa İttifaqı ölkələri ilə fiber-optik rabitə xəttinin çəkilməsi üçün real imkan yaranmışdır.

Cənab Nazarbayev indi Xəzər dənizi üzrə konvensiyanın imzalanmasından sonra bu imkanın olduğunu bildirmişdir. O Azərbaycan və Qazaxıstan arasında müqavilənin olduğunu da qeyd etmişdir. Hökumətin bu işə cəlb edilməsini və xəttin çəkilməsinin lazımlı olduğunu qeyd edərək çıxışında bu xəttin Qazaxıstan üçün səmərəli, sərfəli olduğunu xüsusilə vurğulamışdır.

Qeyd edim ki, uzunluğu 27 000 km olan Trans- Avrasiya fiber-optik magistralının Azərbaycan və Qazaxıstan arasındakı dənizaltı seqment bu günə qədər tikilmədiyindən bu marşrutda siqnalın ləngiməsi(RTD) baş verir. Bu tikintisinə başlanmamış dənizaltı xəttin uzunluğu( Siyəzən- Aktau) 380 km-dir. Bu seqment cənab Nazarbeyevin dediyi kimi çəkilərsə trafik ən qısa marşrutla Asiya və Avropa arasında Azərbaycandan keçməklə son istifadəçilərə, istehlakçılara çatdırırlar. Azərbaycanın informasiya ötürən tranzit ölkə kimi imkanlarını artırar, beynəlxalq informasiya tranzit trafik bazarında kanalların buraxma qabiliyyətini genişləndirər və ölkəyə gələcəkdə valyuta daxilolmalarının həcmini artırar.