2017-ci ildə Çinin dünyaca məşhur smartfon istehsalçısı Xiaomi şirkətinin satışdan əldə etdiyi gəlir 114,62 milyard yuan(18 milyard dollar, mayın 5-i dollar kursuna görə) təşkil etmişdir ki, bu da 2016-cı illə müqayisədə 67,5% çoxdur. Təmiz ziyanı isə 43,89 milyard yuan(6,9 milyard dollar) təşkil etdiyi halda ondan əvvəlki ili ziyanla deyil, gəlirlə başa vuraraq 491,6 milyon yuan təşkil etmişdir.

Sənəddə şirkətin qarşılaşdığı pul itkilərin “Xiaomi”nin Honq Konq fond birjasında səhmlərinin ilkin yerləşdirilməsi(İPO) ilə bağlı olduğu bildirilir.

2017-ci ildə “Xiaomi”nin satışdan əldə etdiyi gəlirlərinin 70%-ni smartfonların satışı hesabına, 20% müxtəlif ağıllı(smart) qurğuların satışından, yerdə qalan 10% isə internet xidmətlərindən əldə edilən gəlir hesabına formalaşmışdır.

Şirkətin telefon biznesi indiyə kimi yüksək rentabelli olması ilə səciyyələnmir. 2017-ci ildə “Xiaomi”nin smartfon satışından əldə etdiyi gəlirin dövrü marjası 8,8% təşkil etdiyi halda şirkətin servis biznesindən(oyun, reklam, istifadəçi interfeysi MİUİ və s.) əldə etdiyi gəlir 60% təşkil edir. Müqayisə üçün bildirim ki, “Apple”in  flaqman, bayraqdar smartfon satışından əldə edtiyi gəlirin marjası 60%i-i belə üstələyir.

“Xiaomi”nin satışdan əldə etdiyi gəlir şirkətin aktiv şəkildə beynəlxalq bazarları ələ alması, genişlənməsi hesabına mümkün olmuşdur. 2017-ci ildə xarici bazarlar hesabına şirkətə 28% əlavə gəlir gətirmişdir. İki il öncə, 2015-ci ildə xarici bazarlardakı satış 6,1% təşkil edirdi.

Xiaomi smartfonların satışının ümumi həcmini açıqlamamışdır. İDC-nin analitiklərinin sözlərinə görə şirkətin dünya bazarlarına göndərdiyi ağıllı telefonların həcmini 74,5% yəni 92,4 milyon ədədə qədər artırmışdır. Nəticədə vendorun bazardakı payı 2016-cı ildə 3,6%-dən 6,3%-ə qədər artmışdır. Bu isə “Xiaomi”yə Çinin digər smartfon istehsalçısı “Vivo”nu qabaqlamağa imkan vermişdir.

“Strategy analyitics” şirkətinin ekspertləri qlobal smartfon bazarında ilk 5-liyə(top 5) Xiaominin daxil olduğunu təsdiqləyirlər. 2017-ci ildə şirkət tərəfində 91,3 milyon ədəd smartfon istehsal olunduğu halda 2016-cı ildə bu rəqəmin daha az 58,7 milyon ədəd olduğunu bildirirlər.

Qeyd edim ki, 2018-ci ilin mayın əvvəlində Xiaomi İPO çərçivəsində 10 milyard dollar investisiya vəsaiti cəlb etmək üçün birjalarda öz səhmlərini ilkin yerləşdirməklə bağlı ərizə ilə müraciət etmişdir. Bu vəsaitə tədqiqat və araşdırma işlərinə əlavə vəsaitin cəlb edilməsi, şirkətlərin alınmasını, əşyalar interneti bazarı üçün məhsulları inkişaf etdirməyi planlaşdırır.