Rusiya Federasiyasının internet axtarış sistemi olan Yandeks(Yandex) və Uber şirkəti bu ölkədə taksi biznesində bazarda liderliyi əldə etmək üçün bu yaxınlarda Federal Anti-İnhisar Xidmətinə(FAX) müraciət etmişdir. Ötən gün FAX bu məsələyə münasibət bildirərək taksi daşıma bazarındakı bu şərikli biznesə müsbət münasibət bildirmişdir. Bu məsələyə Belarusun Ticarət Nazirliyi də müsbət yanaşmış və tranzaksiyanı təsdiq etmişdir. Qazaxstan tərəfi hələ ki, bu məsələyə rəsmi münasibət bildirməmişdir.

Qeyd etmək istərdik ki, Rusiya taksi bazarının həcmi 741 milyard rubl həcmində ölçülür və Rusiyada daxili bazarda taksi sərnişin daşımasında lider şirkət Vezde hesab olunur. Bu birləşmədən sonra rəqabətin güclənəcəyi gözlənilir.

CAVAB YAZIN

Zəhmət Olmasa Rəyinizi Daxil Edin!
Please enter your name here