İDC analitik agentliyinin verdiyi son hesabatda yarımkeçiricilər sənayesində ardıcıl olaraq üçüncü ildir ki, artım qeydə alınmışdır və dinamika bu templə davam edərsə bu bazarın həcmi 8% artaraq 450 milyard dollara çatacaqdır. Yarımkeçiricilərin gəlirinin 2017-2022-ci illər arası illik artım tempi 2.9% təşkil edəcəkdir və 2022-ci ildə gəlirin 482 milyard dollara çatacağı gözlənilir.

Yarımkeçiricilər bazarının əsas seqmenti olan yaddaş qurğularına kifayət qədər təlabat artmışdır. DRAMNAND yaddaş bazarı uyğun olaraq 73 və 49 milyard dollar həcmində təşkil etmişdir. Bu seqment 77% artım göstərərək ilbə il inkişafda olduğu halda DRAM və NAND olmayan yarımkeçiricilər bazarının digər seqmentləri isə bütövlükdə 12% artım qeydə alınmışdır. 2018-ci ildə qeyri yaddaş olmayan yarımkeçiricilər bazarının həcminin 11 milyard dollar artacağı proqnozlaşdırılır.