Yarımkeçiricilərin satışı ildən- ilə 20%, rübdən- rübə 2,5% artaraq 2018-ci ilin birinci rübündə 111,1 milyard dollar təşkil etmişdir. Bu haqda yarımkeçiricilər sənayesi assosiasiyasından məlumat vermişlər.

2018-ci ilin mart ayında yarımkeçiricilərin satışı 37 milyard dollar təşkil etmişdir ki, bu isə 2017-ci ilin mart ayı ilə müqayisədə 20% artım deməkdir və nəticədə 2018-ci ilin fevralındakı 36,8 milyard dollarlıq satış müşahidə edilmiş, başqa sözlə 0,7% artım göstəricisindən üstün deməkdir.

Yarımkeçiricilər sənayesi assosiasiyasının prezidenti və baş icraçı direktoru Con Neufer(John Neuffer) 2018-ci ilin birinci rübündə yarımkeçiricilər bazarında parlaq artımın nümayiş etdirdiyini qeyd etmişdir.

Assosiasiyanın prezidenti mart ayında dalbadal 20-ci aydır ki, artıq fasiləsiz yüksəlişin olduğunu bildirmişdir. Ötən illə müqayisədə bütün regional bazarlarda iki rəqəmli artımın müşahidə olunduğunu bildirmişdir. Bütün əsas yarımkeçirici məhsullar kateqoriyası ildən ilə artım nümayiş etdirmişdir. Bu kateqoriyada “yaddaş məhsulları” qlobal yarımkeçirici sənayesində ən çox artımla yadda qalmışdır.